featured-image-25746

“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Msport.az xəbər verir ki, futbolçu İngiltərə kubokunun 1\4 final mərhələsinin “Fulhem”lə matçda (3:1) zədələnib. Bu səbədən o, AÇ-2024-ün seçmə görüşlərində forma geyinə bilməyəcək.

Reşford bu mövsüm yığmada və klubda 30 qol vurub. O, fevral ayının yekunlarına əsasən Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər