featured-image-51574

Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba şoku yaşanıb.

Msport.az xəbər verir ki, dördilliyin ən mötəbər yarışının ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri verilib.

Bundan sonra hüquq-mühafizə orqanları hava limanını tamamilə boşaldıblar. Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bənzər xəbərlər