featured-image-59402

Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.

Msport.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.

73 yaşında təqaüdə çıxacaq Hüseynzadənin yerinə MOK baş katibi Azər Əliyevin seçiləcəyi ehtimal edilir. Həmçinin, MOK-un İdman şöbəsinin müdiri Həsənağa Rzayevin də postundan ayrılacağı gözlənilir.

MOK-un Baş Məclisində də bəzi dəyişikliklər olacaq.

Qeyd edək ki, Çingiz Hüseynzadə 1997-ci ilin iyulun 31-dən MOK-un vitse-prezidenti seçilib.

Xatırladaq ki, MOK-un prezidenti ölkə başçısı İlham Əliyevdir. (Prosport.az)

Bənzər xəbərlər