featured-image-31312

Türkiyəli məşhur media maqnat və iş adamı Acun Ilıcalı daha bir futbol klubunu satın alıb. Msport.az xəbər verir ki, o, İrlandiyanın “Şelburn” komandasının səhmlərinin çox hissəsinə yiyələnib.

Acun tviterdə bununla bağlı paylaşım edib: “Hədəfimiz “Şelburn” ilə birgə avrokuboklara qatılmaq, önəmli uğurlar əldə etmək və və gənc istedadları dünya futboluna qazandırmaqdır. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə olan inamımız böyükdür”.

Qeyd edək ki, türkiyəli iş adamı İngiltərənin “Hall Siti” klubuna da sahibdir.

ANAR

Bənzər xəbərlər