"Adamlar gözləyirdi ki, biz 5:0 hesabı ilə qalib gələcəyik" - Pep Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında “Leyptsiq”lə 1:1 bərabərə qaldıqları oyunu dəyərləndirib.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasından razı qaldığını deyib:
“Bizim yaxşı qol imkanlarımız var idi. Cütün taleyi Mançesterdə həll olunacaq. Oyundan razı qaldım. Təkcə birinci hissədən yox, bütün oyundan.
Siz nə gözləyirdiniz? Burda yoldaşlıq oyunu keçirirdik? “Leyptsiq”in neçə oyununu görmüsüz? Adamlar gözləyirdi ki, biz 5:0 hesabı ilə qalib gələcəyik Bu real deyil. Biz 10 gün ərzində dörd oyuna çıxmalıyıq. Yaxşı komandayıq, lakin bağışlayın, 4:0 qalib gələ bilmədik”.
ANAR ABDULLAYEV







