featured-image-54973

Volkan Demirəl yenidən özünü baş məşqçi kimi sınayacaq. Msport.az xəbər verir ki, son olaraq “Hatayspor”a rəhbərlik etmiş mütəxəssisə yeni dəvət gəlib.

42 yaşlı məşqçi “Adana Demirspor”la razılığa gəlib. Qeyd edək ki, Adana təmsilçisi bu günlərdə yunanıstanlı Michael Valkanislə yollarını ayırmışdı.

6 turdan sonra cəmi 1 xalı olan “Adana Demirspor” turnir cədvəlində sonuncu yeri tutur.

 

Bənzər xəbərlər