AFFA Azərbaycan millisinin oyununu Gəncədən aldı- RƏSMİ
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək oyunun yeri dəyişdirilib.
Msport.az xəbər verir ki, Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində oyunun Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
Xüsusi olaraq qeyd edək ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.







