AFFA nümayəndəsi UEFA-dan təyinat aldı
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.
Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.