“Boka Xuniors” çempionluğu təmin etdi
“Boka Xuniors” Argentina çempionatında 1-ci yeri özünə təmin edib.
Msport.az xəbər verir ki, komanda Klausuranın 16-cı turunda “Defensa Xustisiya”nı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu 90=6-cı dəqiqədə Enner Valensiya vurub.
Bu nəticədən sonra xallarını 63-ə çatdıran “Boka Xuniors” ən yaxın izləyicisi “Rosario Sentral”ı 1 xal qabaqlayıb.
Bu, Buenos-Ayres təmsilçisinin tarixində 36-cı çempionluqdur. Çempionluqların sayına görə yalnız “River Pleyt” (38) “Boka Xuniors”u qabaqlayır.







