featured-image-84613

Azərbaycan Premyer Liqasında bu gün 11-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, “İmişli” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Komandalar turnir cədvəlində qonşudurlar. “İmişli”nin 10, “Sumqayıt”ın isə 9 xalı var.

Günün və turun son matçında isə “Şamaxı” “Sabah”ın qonağı olacaq. “Vikinq”lə səfər matçında acı məğlubiyyət alan “bayquşlar”ın necə təsir bağışlayacağı maraq doğurur.

 

8 noyabr (bazar)

15:00.“İmişli” – “Sumqayıt”
Hakimlər:
Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu

17:30.“Sabah” – “Şamaxı”
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”

Turun digər nəticələri

“Qarabağ” – “Turan Tovuz” – 0:1

“Neftçi” – “Kəpəz” – 1:0

“Zirə” – “Qəbələ” – 2:1

“Şəfa” – “Araz-Naxçıvan” – 2:2

Bənzər xəbərlər