Afrika Millətlər Kuboku: Qrup mərhələsinin rəmzi komandası
Afrika Millətlər Kubokunda qrup mərhələsinin rəmzi komandası açıqlanıb.
Msport.az Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “11-lik”də ən çox futbolçu ilə təmsil olunan Mərakeş yığmasıdır.
Rəmzi komandada bu kollektivin 4 oyunçusu yer alıb. Seneqalın 3, Ekvatorial Qvineyanın 2, Konqo və Anqolanın isə 1 üzvü ən yaxşı “11-liy”ə düşüb.
Qapıçı: Xesus Ovono (Ekvatorial Qvineya)
Müdafiəçilər: Əşrəf Hakimi, Naif Aquerd (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Artur Masuaku (Konqo)
Yarımmüdafiəçilər: Azzedin Unahi, Sofyan Amrabat (hər ikisi Mərakeş), Lamin Kamara (Seneqal)
Hücumçular: Jelson Dala (Anqola), Emilio Nsue (Ekvatorial Qvineya), İsmaila Sarr (Seneqal)
Qeyd edək ki, Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.