featured-image-42322

Konqo millisinin kapitanı Şansel Mbemba Afrika Millətlər Kubokunda irqçiliyə məruz qalıb.

Msport.az xəbər verir ki, hadisə Mərakeşlə oyunda baş verib.

Qaradərili futbolçunun instaqram hesabı onun son paylaşımlarına meymun və qorilla emojiləri ilə cavab verən və ya irqçi şərhlər yazan bir çox istifadəçi tərəfindən hədəfə alınıb.

Xatırladaq ki, oyundan sonra Mbemba ilə Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi arasında qarşıdurma olub ki, bu da komandaların oyunçuları və məsul şəxsləri arasında dava ilə nəticələnib.

Qeyd edək ki, Mbemba Fransanın “Marsel” klubunda çıxış edir.

Bənzər xəbərlər