featured-image-42452

Afrika Millətlər Kubokunda pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

Msport.az xəbər verir ki, Konqo Demokratik Respublikasının yığması Tanzaniya komandası ilə qolsuz heç-heçə edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

“F” qrupunun digər oyununda Mərakeş Zambiyaya 1:0 hesabı ilə qalib gəlib. Mərakeşlilər qrupda birinci (7 xal), sonrakı yerləri Konqo DR (3), Zambiya (2) və Tanzaniya (2) tutub.

Altı qrupdan iki ən yaxşı komanda və üçüncü yeri tutanların hamısı arasında ən yaxşı nəticə göstərən dörd komanda Afrika Millətlər Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.

1/8 finalda Anqola və Namibiya, Nigeriya və Kamerun, Ekvatorial Qvineya və Qvineya, Misir və Konqo DR, Kabo-Verde və Mavritaniya, Seneqal və Kot-d’İvuar, Mali və Burkina Faso, Mərakeş və Cənubi Afrika komandaları qarşılaşacaq. Pley-off mərhələsi yanvarın 27-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, Afrika Millətlər Kuboku fevralın 11-də başa çatacaq. Əvvəlcə yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinə görə 2024-cü ilə ertələnib. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, o zaman Seneqal komandası qalib gəlib.

Bənzər xəbərlər