Afrika Millətlər Kubokunun püşkü atıldı
Bu ilin sonunda Mərakeşdə reallaşacaq Afrika Millətlər Kubokunun püşkatma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, tədbir sözügedən ölkənin paytaxtı Rabatda baş tutub.
Ev sahiblərinə A qrupunda Mali, Zambiya və Komor adaları rəqib olub. Turnirin son qalibi Fil Dişi Sahili isə F qrupunda Qabon, Kamerun və Mozambiklə yarışacaq.
Turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək keçiriləcək.
A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları;
B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve;
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;
D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana;
E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan;
F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.