Afrika Millətlər Kubokunun qalibi bəlli oldu
Kot-d’İvuarda keçirilən Afrika Millətlər Kubokunun qalibi bəlli olub.
Msport.az xəbər verir ki, finalda meydan sahibləri Nigeriya ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.
Qeyd edək ki, Kot-d’İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.