Afrikada ilin futbolçusu
İtaliyanın “Napoli” klubunda çıxış edən nigeriyalı Viktor Osimhen Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu olub.
Msport.az xəbər verir ki, ötən mövsüm A Seriyasının qalibi olan forvard səsvermə zamanı “Liverpul”un lideri Məhəmməd Salah (Misir) və PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (Mərakeş) qabaqlayıb.
2022-ci ildə bu ada Sadio Mane (Seneqal) layiq görülmüşdü.







