featured-image-372

“Bu oyun bir neçə futbolçu üçün siqnal idi, növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər matçlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər”.

Msport.az-ın məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis oyun haqqında geniş danışmaq istəmədiyini deyib:  “Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. “Keşlə” daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq”.

“Səbail”in baş məşqçisi heyəti qurmaqda çətinlik çəkdiklərini bildirib: “Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. Ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. Əlimizdə 3-4 legioner var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik”.

Bənzər xəbərlər