Ağır atletika üzrə milli komandamız İrəvandan Bakıya döndü
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Bakıya qayıdıb. Msport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançllar böyük coşğu ilə qarşılanıblar.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.