featured-image-29615

“Şaxtyor” (Soliqorsk) Belarus çempionluğundan məhrum edilib. Msport.az xəbər verir ki, komanda danışılmış oyuna görə ağır cəza ilə üzləşib.

“Şaxtyor” 2022-ci ilin qızıl medallarından məhrum edilməklə yanaşı, cari mövsüm hesabından 30 xal silinib.  2024-cü ildə isə “Şaxtyor”un 20 xalı silinəcək.

Klub 370 min Belarus rublu (146 min 587 dollar) cərimə olunub.

Araşdırma nəticəsində 2022-ci ildə gümüş medal qazanmış “Energetik-BQU” komandası da cəzalanıb. Komandanın medalları alınıb və hesabından 20 xal silinib.

“Belşina” klubu da cəzalananlar sırasındadır.

Xatırladaq ki, “Şaxtyor” 2022-ci ildə “Belşina” ilə danışılmış oyunun (4:1) təşkilində günahlandırılırdı. Komanda bu qələbə sayəsində 3-cü dəfə çempion olmuşdu.

 

Bənzər xəbərlər