featured-image-44201

Avstriya millisinin futbolçusu David Alaba AVRO-2024-də oynaya bilər.

Msport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Daha əvvəl çarpaz bağın yırtılmasından əziyyət çəkən müdafiəçi reabilitasiya dövründə yorulmadan çalışır, əzələlərini gücləndirmək üçün hovuzda çoxlu saat keçirir.

Əvvəlcə həkimlər Alabanın qarşıdakı Avropa çempionatında oynama ehtimalını istisna etsə də, indi futbolçunun belə şansları var.

Qeyd edək ki, futbolçu 2021-ci ildən “Real”da oynayır. O, 2009-cu ildən Avstriya millisinin üzvüdür.

Bənzər xəbərlər