featured-image-68194

“Real”ın futbolçusu David Alabanın klubdakı gələcəyi müəyyənləşib.

Msport.az xəbər verir ki, müdafiəçi “kral klubu”ndan ayrılmaq niyyətində deyil.

Madrid təmsilçisi oyunçunun 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır. Klub bu yay avstriyalı ilə yollarını ayırmaq istəyir. Çünki o, komandanın ən yüksək maaşlı üzvlərindən biridir (illik 10,5 milyon avro).

Bununla belə, müdafiəçi heç yerə getmək istəmir. O, heyətdə yer almaq üçün mübarizə aparmağı planlaşdırır.

Qeyd edək ki, David Alaba ötən mövsüm La Liqada 7 matçda iştirak edib.

Bənzər xəbərlər