Alba növbəti mövsümü “Barsa”da keçirmək istəyir
Jordi Alba müqaviləsinin sonuna qədər “Barselona”da qalmaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Alfredo Martines şəxsi tvitter hesabında yayıb.
34 yaşlı futbolçu “Barsa”da daha bir mövsüm qalaraq, 2024-cü ilin yayında müqaviləsinin bitməsini gözləmək niyyətindədir.
Alba cari mövsüm 23 oyunda iştirak edib, 1 qol və 6 assistlə yadda qalıb.
Royal Türksoy







