featured-image-20204

Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yığma braziliyalı futbol mütəxəssisi, daha çox Silvinyo kimi tanınan Silvio Mendes Kampos Juniora tapşırılıb. 48 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. O, Albaniya millisinin sükanı arxasında 3 illik fəaliyyəti dövründə komandanı heç bir böyük turnirə çıxara bilməyən italyan Edoardo Rejanı əvəz edəcək.

“Korintians”ın baş məşqçisi olmuş Silvinyo futbolçu karyerası ərzində “Arsenal”, “Selta”, “Barselona” və “Mançester Siti” klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya millisində altı oyun keçirib.

Bənzər xəbərlər