featured-image-19320

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov instaqram səhifəsində Taylandın Phiphi adasında yerləşən Meymun çimərliyindən (Monkey Beach) meymunla çəkilmiş fotosunu paylaşıb.

Msport.az xəbər verir ki, 23 yaşlı hücumçunun İsveçrə “Qrasshopper”indən komanda yoldaşı olan Amir Abraşi postun altına maraqlı şərh yazıb.
Albaniyalı yarımmüdafiəçi meymunun Dadaşova bənzədiyini bildirib. Yığmanın üzvü isə onun bu zarafatına gülüş emojisi ilə qarşılıq verib.

Qeyd edək ki, Renat Dadaşov cari mövsümün əvvəlindən “Qrasshopper”də çıxış edir.

media-b025207c-4817-43a4-ae98-96b58c65d8bd

Bənzər xəbərlər