featured-image-17086

Futbol üzrə Braziliya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.

Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edəcək “Avai” komandasının baş məşqçi postuna gətirilib.

Onunla müddəti 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Aleks De Souza daha əvvəl “San Paulo”nun U-20 komandasını çalışdırıb. “Avai” isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.

Bənzər xəbərlər