Aleks de Souza Türkiyə klubu ilə müqavilə imzaladı
Braziliya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Aleks de Souza Türkiyənin “Antalyaspor” komandasının baş məşqçisi təyin olunub.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 47 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Onun “Antalyaspor”dakı köməkçiləri Joao Paolo, Ze Roberto və Məhmət Aurelio olacaq.
Qeyd edək ki, Aleks de Souza 2004-2012-ci illər mövsümündə futbolçu kimi “Fənərbağça”nın formasını geyinib. O, Braziliya millisinin heyətində isə 48 matçda 12 qolla yadda qalıb.