Ruben Amorim Ferqyusonun uğurunu təkrarladı
İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ruben Amorim Aleks Ferqyusonun uğurunu təkrarlayıb.
Msport.az xəbər verir ki, mütəxəssis buna XVI turda “Mançester Siti”ni məğlub etmələri sayəsində nail olub.
Amorim “qırmızı şeytanlar”da Premyer Liqada Mançester derbisini qazanan ikinci baş məşqçidir.
Qeyd edək ki, o, cari mövsüm Portuqa “Sportinq”ində işlədiyi dönəmdə “Mançester Siti”ni Çempionlar Liqasında məğlub etmişdi – 4:1.