Aleksandr Çeferin: "Superliqanı yaradanlar "Qırmızı papaq"dakı canavar kimi nənəni yemək istəyirlər"
UEFA Prezidenti Aleksandr Çeferin Lissabonda keçirilən konqresdə yenidən Superliqadan danışıb. Msport.az xəbər verir ki, o, Superliqanı yaradanları “Qırmızı papaq” nağılındakı personajla müqayisə edib:
“Onlar deyirlər ki, futbolu xilas etmək istəyirlər. Amma əsl həqiqət odur ki, Superliqanı yaradanlar “Qırmızı papaq” nağılınnın qəhrəmanı canavar kimi nənəni yemək istəyirlər. Xoşbəxtlikdən heç kim ölmədi.
Onlar maliyyə gəlirləri uğrunda mübarizə aparırlar, titullar uğrunda yox.
Futbol insanlar üçün olan idman növüdür. Bizi Avropa Futbol Klubları Assosiyasiyası (EKA) dəstəkləyir.
Əgər futbolda və cəmiyyətdə varlılarla kasıblar arasında fərq artarsa, model həyati əhəmiyyətini itirər. Orta səviyyə üçün də nəsə etmək lazımdır. Bunun üçün biz turnirlərin sayını artırdıq, məsələn Konfrans Liqasını yaratdıq”.
ANAR ABDULLAYEV







