featured-image-16986

Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv bu dəfə “Veres-Rivne”ni qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 13 turdan sonra 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər