Aleksey Kaşuk azad agent olur
“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk azad agent statusu alacaq.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Ukraynanın “Şaxtyor” klubu ilə müqaviləsini yeniləməyəcək.
Oyunçu iyulun 1-dən azad agent olacaq. O, karyerasını Avropada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Kaşuk 2022/2023 mövsümündə icarə əsasında “Sabah”da çıxış edib. Paytaxt təmsilçisindən ayrıldıqdan sonra onun adı “Neftçi” və “Qarabağ”la da hallanıb.