featured-image-30146

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin “AZ Alkmaar” – “Vest Hem” cavab oyunundan (0:1) sonra stadionda insident yaşanıb.

Msport.az xəbər verir ki, Niderland klubunun ultrası qonaq komandanın azarkeşlərinə hücum edib. Qonaqlar üçün ayrılan tribunada isə futbolçuların yaxınları, ailə üzvləri olub.

Mühafizəçilər fanatların qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. “Vest Hem” futbolçuları da “Alkmaar”ın fanatlarının önünə keçməyə cəhd göstəriblər.

Hücuma məruz qalanlar arasında “Vest Hem”in baş məşqçisi Devid Moyesin 87 yaşlı atası da olub.

ANAR 

Bənzər xəbərlər