Alleqri 250-ci qələbəsini qazandı
“Yuventus” A Seriyasının açılış turunda “Udineze”ni 3:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, bu qələbə “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub. O, “Yuventus”un baş məşqçisi kimi 250-ci qələbəsini qazanıb. Bu, Turin təmsilçisinin tarixində ikinci ən yaxşı göstəricidir.
“Yuve”nin baş məşqçisi kimi ən çox qələbəni Covanni Trappatoni qazanıb – 319 qələbə.
Royal Türksoy