featured-image-28726

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “İnter” rəhbərliyinin ünvanına kəsikin ifadələr işlədib. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubu İtaliya kubokunun cavab oyununda Milan təmsilçisinə 0:1 hesabı ilə uduzub. İlk görüş 1:1 hesabı ilə başa çatmışdı.

Nəşrin yazdığına görə, Alleqri final fitindən sonra “İnter”in baş direktoru Cüzeppe Marotta və menecer Dario Baççinonu təhqir edib: “Siz poxsuz, onsuz da ancaq 6-cı yeri tutacaqsız”.

55 yaşlı mütəxəssis paltardəyişmə otağında futbolçularını pis oyuna görə danladıqdan sonra belə deyib: “Biz çempionatda onlardan yüksək yer tutmalıyıq. Onları Çempionlar Liqasına buraxmamalıyıq”.

Alleqrinin rəqibin rəsmi şəxslərini təhqir etməsi oyunun protokoluna daxil edilib-edilmədiyi məlum deyil.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər