featured-image-43378

Massimiliano Alleqri İtaliyanın “Yuventus” komandasının baş məşqçisi postunda keçirdiyi matçların sayında Marçello Lippiyə çatıb.

Msport.az xəbər verir ki, A seriyasının XXIV turunun “Udineze” ilə matçı mütəxəssisin bu postda 405-ci oyunu olub.

Alleqri və Lippi bu göstəricidə klub tarixində 2-ci yeri bölüşürlər. Mütləq rekord isə Covanni Trapattoniyə məxsusdur. Onun hesabında 596 oyun var.

Qeyd edək ki, “Yuventus” ev oyununda 0:1 hesabı ilə uduzub.

Bənzər xəbərlər