featured-image-60028

Massimiliano Alleqri Səudiyyə “Əl Əhli” klubunun baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis artıq Səudiyyə Ərəbistanında işləməyə razılıq verib. Yaxın vaxtlarda müqavilənin detalları açıqlanacaq.

Məlumata görə, italiyalı məşqçi bu ilin iyununda klubun sükanı arxasına keçəcək. Ona qədər komandaya müvəqqəti məşqçi rəhbərlik edəcək.

“Yuventus”, “Milan” kimi klublarda işləmiş Alleqri 14 titul qazanıb. O, 5 dəfə “Yuventus”, bir dəfə isə “Milan”la İtaliya A seriyasını qazanıb, Turin klubunu iki dəfə Çempionlar Liqasının finalına çıxarıb.

 

Bənzər xəbərlər