featured-image-34586

“Yuventus”un baş məşqçisi Massimilyano Alleqri komandasının yeni mövsüm üçün hədəflərindən danışıb.

Msport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Turin klubunun Çempionlar Liqasına qayıtmaq istədiyini qeyd edib.

“Mövsümün hədəfi? Biz hər şeyə yenidən başladıq. Ötən mövsüm avrokuboklarda iştirak hüququ qazanmağımıza baxmayaraq, orada olmayacağıq. 2024/2025 mövsümündə Çempionlar Liqasında yenidən iştirak etmək üçün bütün gücümüzlə oynamalıyıq” – deyib Alleqri.

Xatırladaq ki, ötən mövsüm “Yuventus” maliyyə fırıldaqlığına görə İtaliya çempionatında bir neçə xaldan məhrum edilmişdi. Komanda Konfrans Liqasına vəsiqə qazansa da, sonradan UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılıb.

Royal Türksoy

Bənzər xəbərlər