Almaniya çempionu milli üzvünü transfer etdi
Almaniyanın “Bayer” klubu yeni transferini açıqlayıb.
Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Renn”dən Janyuel Belosyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölkə çempionu fransalı mərkəz müdafiəçisi üçün “Renn”ə 15 milyon avro təzminat ödəyib. Gənc futbolçu “Bater”lə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Janyuel Belosyan “Renn”in yetirməsidir. Fransa U-21 millisinin üzvü başa çatan mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.