featured-image-47463

Almaniya UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə 5 komanda ilə təmsil olunacaq.

Msport.az xəbər verir ki, Bundesliqaya daha bir yer verilib.

Buna avrokubokların klub bölgüsündə bu ildən tətbiq olunacaq yenilik səbəb olub. 2023/24 mövsümündə ən yüksək əmsala malik olan iki ölkənin hərəsinə bir vəsiqə veriləcək. İlk iki yerdən birini öncə təmin edən İtaliyanın ardınca Almaniya da eyni uğura nail olub. Bu, “Borussiya”nın PSJ üzərindəki 1:0 hesablı qələbəsindən sonra rəsmiləşib.

Qeyd edək ki, növbəti mövsüm Çempionlar Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.

Bənzər xəbərlər