Almaniya futbolunda yeni rəhbər
Almaniya Futbol Federiyasının (AFF) yeni prezidenti müəyyənləşib.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, seçkilərdə Bernd Neuendorf 250 səsdən 193-nü toplayaraq federasiyasının 14-cü prezidenti seçilib.
Qeyd edək ki, Neuendorf 2019-cu ildən AFF-nin İdarə Heyətinin üzvlərindən biri idi.
Xatırladaq ki, bundan əvvəlki prezident Fritz Keller 2021-ci ilin mayında istefa vermişdi.