Almaniya klubu baş məşqçisini göndərdi
“Union” klubu baş məşqçisi baş məşqçisi Urs Fişerlə vidalaşıb.
Msport.az Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Paytaxt klubu Fişerə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Urs Fişer 2018-ci ilin iyulunda baş məşqçi postuna gətirilib və ilk mövsümdə komandanı Bundesliqaya yüksəltməyi bacarıb. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində iştirak edib.