featured-image-44716

“Ştutqart” baş məşqçisi Sebaystyan Xöneslə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin Almaniya klubu ilə yeni anlaşması 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.

Xönes 2023-cü ilin aprelindən “Ştutqart”a rəhbərlik edir. O, “Ştutqart”ın və “Bayern”in sabiq futbolçusu Ditar Xönesin oğludur və Münhen klubunun əfsanəvi prezidenti Uli Hönesin qohumudur.

Qeyd edək ki, “Ştutqart” 24 turdan sonra Almaniya Bundesliqasında 3-cü yeri tutur.

 

Bənzər xəbərlər