featured-image-20690

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Brügge” klubundan müdafiəçi Noa Mbambanı transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Belçikadan olan 18 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Bayer” bu transfer üçün “Brügge”yə 100 min avro ödəyib.

Mbamba “Brügge”nin yetirməsidir. O, bu klubun əsas komandasında 25 oyun keçirib, Belçikanın U-19 yığmasının formasını geyinir.

“Bayer” hücumçusu Paulinyonu da Braziliyanın “Atletiko Mineyro” klubuna icarəyə verib. Braziliyadan olan 22 yaşlı forvardın 2023-cü ilin 30 iyununa qədər icarədə oynayacağı diqqətə çatdırılıb.

Paulinyo 2018-ci ildən Almaniya klubunda forma geyinir. O, bu komandanın heyətində meydana çıxdığı 79 oyunda 9 qol vurub.

Bənzər xəbərlər