Almaniya millisinin düşərgəsini tərk etdi
Almaniya yığmasının futbolçusu Niklas Füllkruq sıradan çıxıb.
Msport.az xəbər verir ki, o, Millətlər Liqasının 2-ci turu çərçivəsində Niderlandla görüşdən öncə zədələnib.
Bu səbəbdən 31 yaşlı futbolçu millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. Füllkruq bu gün Niderlandla baş tutacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Füllkruq 2022-ci ildən Almaniya millisinin şərəfini qoruyur.