featured-image-55098

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yığmanın əsas qapıçısını müəyyənləşdirib. Msport.az xəbər verir ki, Mark Andre Ter-Şteqenin zədələnməsindən sonra o, Aleksandr Nübelə şans verəcək.

Yaxın aylarda məhz Nübel millinin əsas qolkiperi olacaq. 27 yaşlı əlcək sahibi hazırda icarə əsasında “Ştutqart”da çıxış edir. Onun transfer hüquqları “Bayern”ə məxsusdur. O, Avro-2024 zamanı Bundestimdə ehtiyatda idi.

Nübel cari mövsümdə Bundelsiqada 4 oyunda meydana çıxıb.

Xatırladaq ki, Manuel Noyer milli komandadakı karyerasını başa vurub. Ondan sonra “1-ci nömrə” sayılan Ter-Şteqen isə zədələnib.

Bənzər xəbərlər