Almaniya millisinin futbolçuları baş məşqçidən narazıdırlar
Almaniya millisinin futbolçuları baş məşqçi Yulian Nagelsmanın yanaşmasından narazıdırlar.
Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, oyunçular mütəxəssisin işinin bir neçə aspektini bəyənmirlər.
Onlar hesab edirlər ki, Nagelsman oyunu çox çətinləşdirir, bu isə yığmalardan daha çox klub futbolu üçün uyğundur.
Həmçinin, oyunçular meydandakı mövqeləri ilə bağlı baş məşqçinin fikirləri ilə razı deyillər. Xüsusilə, Almaniya millisinin Türkiyə (2:3) və Avstriya (2:0) ilə keçirdiyi son yoldaşlıq görüşlərində hücumameyilli yarımmüdafiəçi Kay Havertsin sol cinah müdafiəçisi kimi çıxış etməsi ilə bağlı anlaşılmazlıq olub.







