Almaniya millisinin məşqçisi hakimləri təhqir edib
Almaniya millisinin məşqçisi Sandro Vaqner Avropa çempionatının 1\4 final mərhələsinin İspaniya ilə 1\4 final mərhələsinin oyunundan (1:2) sonra hakimləri təhqir edib. Msport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Baş məşqçi Yulian Naqelsmannın köməkçisi hakimlər otağına daxil olaraq referi Entoni Teylora uca səslə qışqırıb.
Qeyd edək ki, görüşün 106-cı dəqiqəsində top ispanların müdafiəçisi Mark Kukureliyanın cərimə meydançasında əlinə dəysə də, hakim penalti nöqtəsini göstərməyib.