featured-image-40578

İspaniyanın “Barselona” klubunun və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen əməliyyat edilib.

Msport.az “Sport-es”ə istinadən xəbər verir ki, qolkiper belindəki ağrılara görə Fransada cərrahi müdaxiləyə ehtiyac duyub.

Klubun almaniyalı qolkiperin səhhəti ilə bağlı məlumatları yaymaq istəmədiyi bildirilib. Onun reablitasiya müddəti ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Ter Şteqen noyabrda Almaniya millisində olarkən bel nahiyəsində şiddətli ağrılar başlayıb. Buna görə o, bir neçə matçı buraxmışdı

Bənzər xəbərlər