featured-image-41651

Almaniya millisinin sabiq qapıçısı Timo Horn karyerasını Avstriyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 30 yaşlı qolkiper “Zaltsburq”a keçib.

O, cari mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Timo Horn karyerası ərzində yalnız “Köln”ün formasını geyinib. O, 2016-cı ildə milli ilə Yay Olimpiya Oyunlarında iştirak edib və gümüş medal qazanıb.

 

Bənzər xəbərlər