featured-image-20793

Almaniya millisinin sabiq futbolçusu Andre Şürrle şortiklə dağa qalxaraq ekstermal alpinizmlə məşğul olub.

Msport.az xəbər verir ki, “Çelsi”, “Borussiya”, “Spartak” kimi klublarda oynamış futbolçu instagramda bu haqda yazıb. O, Çexiya ilə Polşa arasında yerləşən Snejka dağına qalxıb. Zirvənin hündürlüyü 1603 metr olub. Şürrlenin əynində yalnız şortik, idman ayaqqabısı, şapka və kürəyində çanta olub:

“Ən çətini psixoloji və fiziki baxımdan yükləmə idi. Son dəqiqələrdə heç nə hiss eləmirdim. Mən daxilimdə güc tapdım ki, davam edim! Bunu heç vaxt unutmayacam.

-19 şaxta, saatda 100 km sürətlə əsən külək adamın üzünə vurur. Güclü qar və yağış. Başa düşdüm ki, bədənim və mən fikirləşdiyimdən güclüdür”.

media-rue931160f510

media-rue364a28197b

Bənzər xəbərlər