featured-image-36849

Almaniya millisinin yeni kapitanı məlum olub.

Msport.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib.

O, “Barselona”da çıxış edən İlkay Gündoğanın kapitan olacağını bildirib.

“Bayern”in üzvü Jozua Kimmix isə vitse-kapitan təyin edilib.

Almaniya millisinin sabiq kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Gündoğan bu yay “Mançester Siti”dən Kataloniya klubuna keçib. Türkəsilli futbolçunun “Barsa” ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Bənzər xəbərlər